Top.Mail.Ru
İDMAN

Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib

Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və Xarkov “Metallist”inin sabiq müdafiəçisi Denis Barvinko dünyasını dəyişib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşında vəfat edən oyunçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2011 – 2014-cü illərdə “Metallist”in formasını geyinən Barvinko bu komandanın heyətində Ukrayna Premyer Liqasında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, həmçinin Avropa Liqasında 1, Ukrayna Kubokunda isə 3 görüşdə meydana çıxıb.

Müxtəlif vaxtlarda Ukraynanın aşağı yaş qrupları üzər yığmalarına dəvət alan futbolçu karyerasını başa vurduqdan sonra Dnepropetrovsk vilayətinin çempionatında mübarizə aparan “Energiya” klubuna başçılıq edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button