Top.Mail.Ru
İDMAN

Azərbaycan Premyer Liqasında III turun iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tur “Sabah” – “Qəbələ” matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sabah”, 4-də isə qonaqlar qələbə qazanıb. Topların fərqində də meydan sahibləri üstünlüyə malikdir – 14:11.

Günün digər qarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edəcək. Meydan sahibləri keçirdiyi hər iki görüşdə məğlub olub. Qonaqlar isə 1 xalla 6-cı sıradadır. Paytaxt təmsilçiləri çempionatda 23 dəfə qarşılaşıb. Bunların 6-də “Keşlə”, 7-də isə “Zirə” 3 xal qazanıb. Topların fəriqində qonaqların minimal üstünlüyü var – 28:27.

Azərbaycan Premyer Liqası, III tur

18:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”.

20:15. “Keşlə” –“Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.

Qeyd edək ki, III turun “Səbail” – “Sumqayıt” və “Neftçi” – “Qarabağ” oyunları sentyabrın 12-də olacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button