Top.Mail.Ru
İDMAN

Ceyms Adeniyi: “Azərbaycan çempionatında maaş problemi yoxdur”

“Albaniyadan əvvəl “COD Yunayted”də oynadım. Getdiyim liqaların standartları aşağı ola bilər, lakin onlar hələ də Nigeriya çempionatında bir neçə addım öndədir”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Ceyms Adeniyi Azərbaycan Premyer Liqası ilə Nigeriya çempionatını müqayisə edərkən deyib.

Nigeriyalı hücumçu bildirib ki, ölkəmizdə çempionatın səviyyəsi daha yaxşıdır: “İrəliyə getmək üçün mənə bir addım lazım idi. Düzdür, sonradan Azərbaycana köçmək məcburiyyətində qaldım. Amma orada daha yaxşı təşkilatlanmış liqa gördüm. Premyer Liqada maaş problemi yoxdur”.

Qeyd edək ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümünü “Qəbələ”də keçirib. O, ötən mövsümün sonunda İsrailin “Makkabi” (Petah-Tikva) klubuna transfer olunub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button