Top.Mail.Ru
İDMAN

Dünyanın ən titullu futbolçusu klubundan ayrılıb

Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin “San-Paulu” komandasından ayrılıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi məvacibi gecikdiyi üçün bu addımı atıb.

Klubla yeni müqavilə barəsində danışıqlardan imtina edən təcrübəli oyunçu özünə yeni komanda axtarmağa başlayıb.

Qeyd edək ki, karyerasına ölkəsinin “Baiya” klubunda başlayan Daniel Alveş dünyanın ən titullu futbolçusudur. O, müxtəlif komandaların heyətində ümumilikdə 46 titul qazanıb. Müdafiəçi İspaniyada “Sevilya”, “Barselona”, İtaliyada “Yuventus”, Fransada isə PSJ komandalarının formasını geyinib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button