Top.Mail.Ru
İDMAN

İnci Əzizova: “I MDB Oyunlarında tarix yazdıq”

“Çox həyəcanlı idim. Qızıl medal qazandığım üçün sevincliyəm”.

Bunu “Report”un Rusiyanın Kazan şəhərinə ezam olunan əməkdaşına açıqlamasında I MDB Oyunlarının qalibi olan Azərbaycan karateçisi İnci Əzizova deyib.

50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, bu titul onun karyerasında xüsusi əhəmiyyətli rol oynayır: “Yarış ilk dəfə keçirildiyi üçün tarix yazdığımızı düşünürəm”.

Yarışda Azərbaycan idmançıları arasında ən çox döyüş keçirən Əzizova yalnız bir görüşdə uduzduğunu xatırladıb: “Məğlubiyyətə baxmayaraq, qrupu birinci pillədə tamamladım. Çünki həmin qarşılaşmanın heç bir əhəmiyyəti yox idi. Sadəcə, dairəvi sistem olduğu üçün hamı bir-biri ilə qartşılaşmalı idi”.

O, I MDB Oyunlarından öncə qazandığı nailiyyətləri də sadalayıb: “Xorvatiyada keçirilən Dünya Kubokunda ikinci, Avropa çempionatında isə 5-ci olmuşdum. MDB Oyunları ilk dəfə keçirildiyi üçün hamı yarışa ciddi hazırlaşmışdı. Bütün idmançılar həvəsli idi. Bu cür nəticələr qazanacağımızı gözləyirdik”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button