Top.Mail.Ru
İDMAN

Ronaldu “Mançester Yunayted”ə qayıdışını dublla qeyd edib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin “Mançester Yunayted” klubuna qayıdışından sonra bu komandanın heyətində ilk rəsmi oyununa çıxıb.

“Report”un məlumatına görə, 36 yaşlı hücumçu “qırmızı şeytanlar”ın evdə “Nyukasl”ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldu komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran “Mançester Yunayted” liderliyə yüksəlib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button