Top.Mail.Ru
İDMAN

“Keşlə”nin baş məşqçisi: “Abanqa ən ağır cəza veriləcək”

“Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonna işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq”.

“Report”un məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov evdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası çox şey yoxdur: “Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür”.

Qurbanov görüşün 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan Anatole Abanqın sərt cəzalandırılacağını söyləyib: “Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki 25-ci dəqiqədə qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı”.

O, komandada intizamla bağlı problem yaşanmadığını deyib: “Abanq intizamı pozdu. Bunu qəbul edə bilmərəm. Cəza alsa, özü də rahataşacaq, mən də. Bəzən özüm özümü cəzalandırmaq istəyirəm”

Baş məşqçi transfer məsələsində büdcəyə uyğun hərəkətə etdiklərini vurğulayıb: “Bəyəndiyimiz oyunçular var idi, amma gəlmədilər. Çalışırıq, işləyib səhvlərimizi düəzldək. Amma çox işləsək də, fərdi planda çatışmazlıq ortaya çıxır. səhvlərədn canımızı qurtara bilmirik”.

Qurbanov komandadakı legionerlərin məvacibini də açıqlayıb: “7 əcnəbi futbolçu var, onlar da 5 – 7 min manat alırlar. Heyətə fantastik futbolçu da cəlb etməmişik. Əlimizdə olan yerliləri saxladıq. Əsas odur, sağlam rəqabət olsun. Kimisə 1-2 oyundan sonra silib istəmirik. Əksinə, qazanmaq istəyirik. Zəncirvari səhvlər çoxluğuna görə nəticələr də pis olur”.

Mütəxəssis uğursuz nəticələrə görə rəhbərliklə görüşəcəyini istisna etməyib: “Onlar da çıxışımızdan razı deyil. Düzdür, oyun rəhbərliyi qane edir. Amma nəticələr ürəkaçan deyil. Təbii ki, suallar olacaq. Radikal qərarlar da ola bilər. Əlimizdən gələni edirik ki, vəziyyəti düzəldək. Çayxanada oturub mehriban görüşə bilərik. Amma mənə kənarda mehriban olub, meydanda futbolu unutmaq lazım deyil. Çətinliklərə sinə gərməliyik. Üzərimə düşən məsuliyyəti dərk edirəm. Rəhbərliyin qərarına hörmətlə yanaşıram”.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button