Top.Mail.Ru
İDMAN

WADA antidopinq kodeksinə uyğun gəlməyən təşkilatları açıqlayıb

Ümumdünya Antidopinq Agentliyi (WADA) 8 təşkilatın antidopinq kodeksinə uyğun gəlmədiyini açıqlanıb.

“Report”un məlumatına görə, bu barədə WADA-nın İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verilib.

Bunlar Monteneqro, Rumıniya, Tayland, Şimali Koreya, İndoneziya, Beynəlxalq Eşitmə Qüsurlu Basketbol Federasiyası, Beynəlxalq Diyircəkli İdman Federasiyası, Belçika Milli Antidopinq təşkilatının Almandilli Cəmiyyətidir.

WADA həmçinin Yunanıstan, İran, Latviya, Niderland, Portuqaliya, İspaniya və Özbəkistan milli antidopinq təşkilatlarına çatışmazlıqlarını aradan qaldırmaq üçün 4 ay vaxt verib. 2022-ci il yanvarın 14-dək vəziyyət düzəlməsə, bu qurumlar da uyğunsuz hesab olunacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button