Top.Mail.Ru
İDMAN

Avropa Liqası: Mahir Emrelinin komandası “Spartak”la qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya”sı Rusiyada “Spartak” (Moskva) klubu ilə üz-üzə gələcək.

“Spartak” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi, I tur

C qrupu

18:30. “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa)

Moskva, “Spartak” stadionu

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button