Top.Mail.Ru
İDMAN

Tanınmış mütəxəssis İtaliya klubunun baş məşqçisi olub

İtaliyanın “Kalyari” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Seria A təmsilçisinin sükanı arxasına Valter Matsari gətirilib.

60 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə Leonardo Sempliçini əvəzləyib.

“Kalyari” 3 turdan sonra 1 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, son iş yeri ölkəsinin “Torino” klubu olan Valter Matsari daha əvvəl “Napoli”, “Sampdoriya” və “İnter” kimi komandalara da başçılıq edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button