Top.Mail.Ru

İDMAN

Rusiya – Azərbaycan matçının hakimləri açıqlanıb

Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi dünya çempionatının Avropa zonası üzrə seçmə oyununun hakimləri açıqlanıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Viola Raudzinaya yan xətt hakimləri Liqa Didrike və Diana Vanaqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button