Konfrans Liqası: Bu gün daha 14 oyun KEÇİRİLƏCƏK

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
KAİM.az-ın məlumatına görə, 8 qrupda ümumilikdə 14 görüş baş tutacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:30, 20:45 və 23:00-da başlayacaq.
Günün ilk oyunu Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda olacaq. Qazaxıstan “Kayrat”ı Kiprin “Omoniya” komandasını qəbul edəcək. Ağdam klubu isə Bakı Olimpiya Stadionunda İsveçrə “Bazel”i ilə üz-üzə gələcək.
A qrupu
20:45. HİK (Finlandiya) – LASK (Avstriya)
B qrupu
20:45. “Flora” (Estoniya) – “Gent” (Belçika)
23:00. “Anortosis” (Kipr) – “Partizan” (Serbiya)
C qrupu
23:00. “Budyo Qlimt” (Norveç) – “Zarya” (Luqansk, Ukrayna)
23:00. “Roma” (İtaliya) – “MOİK-Sofiya” (Bolqarıstan)
D qrupu
23:00. “Randers” (Danimarka) – AZ (Niderland)
23:00. “Yablonets” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)
E qrupu
20:45. “Slaviya” (Praqa, Çexiya) – “Union Berlin” (Almaniya)
F qrupu
20:45. “Linkoln” (Cəbəllütariq) – PAOK (Yunanıstan)
20:45. “Slovan” (Bratislava, Slovakiya) – “Kopenhagen” (Danimarka)
G qrupu
20:45. “Mura” (Sloveniya) – “Vitess” (Niderland)
20:45. “Renn” (Fransa) – “Tottenhem” (İngiltərə)
H qrupu
18:30. “Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr)
20:45. “Qarabağ” (AZƏRBAYCAN) – “Bazel” (İsveçrə)
Qeyd edək ki, A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin “Makkabi” (Təl-Əviv) klubu evdə Ermənistan “Alaşkert”ini darmadağın edib – 4:1. Hayfa “Makkabi”si isə Niderland “Feyenoord”u ilə qolsuz heç-heçə edib.
Mənbə
KAİM.az