Top.Mail.Ru

İDMAN

Azərbaycan – Danimarka oyununun hakimləri açıqlanıb

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının Danimarkaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakimlər müəyyənləşib.

“Report”un məlumatına görə, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Zuzana Valentovaya Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcək. Dördüncü hakim funksiyasını Maria Krçova yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 21-də Sumqayıtdakı “ASK Arena”da oynanılacaq Azərbaycan – Danirmarka görüşü saat 20:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button