İDMAN
Konfrans Liqası: “Qarabağ”ın növbəti rəqibləri heç-heçə edib

UEFA Konfrans Liqasının qrup mərhələsində I turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, H qrupunun ilk qarşılaşmasında Qazaxıstan çempionu “Kayrat” Kipr “Omoniya”sı ilə üz-üzə gəlib. Almatı şəhərindəki “Ortalık” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.
Qrupda ilk turun daha bir oyunu “Qarabağ” və İsveçrə “Bazel”i arasında olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.
Mənbə
KAİM.az