Avropa Liqası: “Fənərbağça”dan heç-heçə, “Napoli” məğlubiyyətdən qaçıb

UEFA Avropa Liqasının qrup mərhələsində I tura yekun vurulub.
“Report”un məlumatına görə, son olaraq A, B, C və D qruplarında 7 görüş oynanılıb.
Türkiyə təmsilçisi “Fənərbağça” Almaniyada “Ayntraxt”la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 10-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mesut Özil vurub. Lakin meydan sahibləri 41-ci dəqiqədə Sam Lammerslə tarazlığı bərpa ediblər.
C qrupunda İngiltərənin “Lester Siti” klubu evdə İtaliya “Napoli”si ilə matçda qələbəni əldən verib – 2:2.
A qrupu
23:00. “Bröndbü” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) – 0:0
23:00. “Reyncers” (Şotlandiya) – “Lion” (Fransa) – 0:2
B qrupu
23:00. “Monako” (Fransa) – “Şturm” (Qrats, Avstriya) – 1:0
23:00. PSV (Eyndhoven, Niderland) – “Real Sosyedad” (İspaniya) – 2:2
C qrupu
23:00. “Lester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:2
D qrupu
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Fənərbağça” (Türkiyə) – 1:1
23:00. “Olimpiakos” (Yunanıstan) – “Antverpen” (Belçika) – 2:1
Mənbə
KAİM.az