Top.Mail.Ru
İDMAN

Messi “Lion”la matçda əvəzetmədən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina edib

Fransanın “Pari Sen-Jermen” komandasının hücumçusu Lionel Messi Birinci liqanın 6-cı turunun “Lion”la matçında (2:1) əvəzetmədən sonra öz komandasının baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb.

Qeyd edək ki, matçın 76-cı dəqiqəsində Poçettino Messini müdafiəçi Əşrəf Hakimi ildə əvəzləyib. Meydançanı tərk edən argentinalı əvəzetmədən sonra mütəxəssisin əlini sıxmaqdan imtina edib və ehtiyat oyunçular skamyasına doğru gedib.

Xatırladaq ki, oyunda hesabı 54-cü dəqiqədə “Lion”un yarımmüdafiəçisi Lukas Paketa açıb. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq hesabı bərabərləşdirib. İkinci hissəyə əlavə edilmiş vaxtda argentinalı Mauro İkardi Paris klubunun qələbə qolunu vurub.

Bu, Messinin Paris klubunun heyətində üçüncü qolu olub. Argentinalı futbolçu hələlik matçlarda fərqlənə bilməyib.

Avqustun 10-da PSJ rəsmən Lionel Messi ilə müqavilənin imzalandığını elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir. Fransız nəşri “L Equipe”nin məlumatına görə, Messi birinci il 30 milyon avro qazanacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button