Top.Mail.Ru

İDMAN

Millimizin 2 futbolçusu koronavirusa YOLUXDU

Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

KAİM,AZ xəbər verir ki , bu barədə  Sonxeber.az-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantin altına alınıb: “Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir”.

Loading...
Yazının davamı reklamdan sonra

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: “Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Futbolçuların klublarına da müvafiq məlumatlar verilib”.
Qeyd edək ki, Təmkin Xəlilzadə “Sabah”ın, Rahil Məmmədov isə “Qarabağ”ın futbolçusudur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button