Top.Mail.Ru
İDMAN

Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa Liqa 1-in VI turunun “Lans” – “Lill” matçında iki komandanın azarkeşləri arasında baş vermiş iğtişaşlarla bağlı qərar açıqlanıb.

“Report” “Get French Football News”a istinadən xəbər verir ki, hər iki klub cəzalandırılıb. Meydan sahibləri qarşıdakı 2 çempionat matçını boş tribunalar qarşısında keçirəcək. Qonaqlar isə növbəti səfər görüşündə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, “Lans”ın 1:0 hesabı ilə qalib gəldiyi oyun ikinci hissənin əvvəlində dayandırılıb. Buna ev sahibi komandanın azarkeşlərinin meydana daxil olaraq, dava etmək məqsədilə qonaq tərəfdarların əyləşdiyi sektora tərəf qaçması səbəb olub. Fanatlar meydandan çıxarıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button