Top.Mail.Ru
İDMAN

Messinin əvəzlənməsinin səbəbi bəlli olub

PSJ-nin futbolçusu Lionel Messinin “Lion”a qarşı Fransa Liqa-1-in VI tur matçı zamanı əvəzlənməsinin səbəbi açıqlanıb.

“Report” “L Equipe” nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Poçettino argentinalı hücumçunu zədədən qorumaq üçün bu addımı atıb.

Dizindən yüngül xəsarət alan 34 yaşlı forvardın yerinə meydana 76-cı dəqiqədə Əşrəf Hakimi daxil olub. Messi əvəzləndikdən sonra Poçettinonun əlini sıxmayıb.

Bu gün bərpa prosesi keçən oyunçunun sabahkı məşqdə iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button