Top.Mail.Ru
İDMAN

Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib

İngiltərənin “Mançester Yunayted” və “Tottenhem”, Almaniyanın “Bayer” (Leverkuzen) klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

“Report” “Bulgarian Football” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçunun namizədliyini “MOİK-Sofiya” daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də gerçəkləşəcək.

Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button