Top.Mail.Ru
İDMAN

Filip Ozobiç Azərbaycan Premyer Liqasında yubiley qoluna imza atıb

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, IV turun “Qarabağ” – “Sumqayıt” matçına təsadüf edib. Dubla imza atan yarımmüdafiəçi Ağdam klubuna 2:0 hesablı qələbə qazandırıb.

O, ölkə çempionatlarının 29 illik tarixində 40 və daha çox qol vuran 61-ci futbolçudur.

Qeyd edək ki, 40-cı qola 101-ci oyununda imza atan futbolçunun orta məhsuldarlığı 0,396-dır.

İlk qol: “Neftçi” – “Qəbələ” – 0:8 (10.09.2016)

“Qarabağ”da ilk qol: “Qarabağ” – “Sumqayıt” – 1:0 (14.09.2018)

Heyətində qol vurduğu klublar: “Qarabağ” – 24, “Qəbələ” – 16

Qol vurduğu mövsümlər: 2016/2017 – 11, 2017/2018 – 5, 2018/2019 – 9, 2019/2020 – 1, 2020/2021 – 11, 2021/2022 – 3

Qapısına qol vurduğu rəqiblər: “Sumqayıt” – 8, “Keşlə” – 7, “Qəbələ” – 5, “Neftçi”, “Zirə” – 4, AZAL, “Qarabağ”, “Kəpəz” – 3, “Sabah” – 2, “Səbail” – 1.

Ozobiç evdə 24, səfərdə 16 qol vurub. O, ümumilikdə 33 oyunda qol vurub: het-trik – 1, dubl – 5, bir qol – 27.

Qeyd edək ki, Filip Ozobiç sentyabrdan Azərbaycan millisində forma geyinir.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button