Top.Mail.Ru
İDMAN

PSJ zədələnən Lionel Messinin durumunu açıqlayıb

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.

“Report” Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Liqa-1-in VI turunda “Lion”a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnən 34 yaşlı hücumçu tibbi müayinədən keçib.

Klub argentinalı oyunçunun sol dizindən xəsarət aldığını təsdiqləyib. O, 48 saatdan sonra yenidən tibbi müayinədən keçəcək. Beləliklə, Messi VII turda “Mets”lə sabah keçirəcəkləri matçı buraxacaq.

Qeyd edək ki, “Lion”la görüşün start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button