Top.Mail.Ru

İDMAN

Azərbaycan Kubokunun püşkü atılacaq FUTBOL

Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

KAİM.AZ Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi 24 noyabrda AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button