Top.Mail.Ru
İDMAN

Fransalı futbolçu: “Neftçi”yə uyğunlaşmağım asan olmadı”

“Neftçi”yə uyğunlaşmağım asan olmadı. Amma xoşbəxtlikdən komanda yoldaşlarımdan üçü fransız dilində danışır”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin fransalı futbolçusu Romen Bask paytaxt klubuna adaptasiyası barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində avrokuboklarda debüt etdiyini bildirib: “UEFA Çempionlar Liqasında Yunanıstan “Olimpiakos”una, Avropa Liqasında Finlandiyanın HİK (Helsinki) klubuna, Konfrans Liqasında isə İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı oynadım. Hayfada çılğın azarkeşlər qarşısında əla atmosferdə çıxış etdik. Düzünü desəm, həmin matçdan zövq aldım”.

Bakı haqqında da danışan Bask Azərbaycan paytaxtının gözəl şəhər olduğunu söyləyib: “Özümü Fransadakı kimi hiss edirəm. Gələn ilin əvvəlində ailəmi də oraya aparacağam”.

Qeyd edək ki, “Neftçi”yə Fransanın “Havr” klubundan keçən Romen Bask flaqmanla 2 illik müqavilə imzalayıb.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button