Top.Mail.Ru
İDMAN

Voislav Stankoviç: “Övladlarım Azərbaycan himnini televiziya və bağçadan öyrəniblər”

“Onlar himn oxumağı evdə – ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin serbiyalı futbolçusu Voislav Stankoviç övladlarının Azərbaycanın Dövlət Himnini əzbər səsləndirdikləri video barədə klubun rəsmi televiziyasına danışarkən deyib.

Bu gün 34 yaşı tamamlanan müdafiəçi hər iki oğluna bağçada da himn oxumağın öyrədildiyini söyləyib: “Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidir və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Axı mən burada işləyirəm və bu ölkə bizə doğmadır. Bundan başqa, onlara himn oxumağı bağçada da öyrədirlər. Elə olur ki, onlar bizdən himni qoşmağımızı istəyir və oxumağa başlayırlar”.

Qeyd edək ki, Voislav Stankoviç Azərbaycanda 2015-ci ildən çıxış edir. O, “Neftçi”dən əvvəl “İnter” (hazırkı “Keşlə”) və “Qəbələ”nin də formasını geyinib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button