Top.Mail.Ru
İDMAN

ABŞ-da nəhəng stadionda yanğın baş verib

ABŞ-ın rebqi üzrə Milli Futbol Liqasında çıxış edən “Nyu-Orlean Seynts” komandasının ev oyunlarını keçirdiyi stadionda yanğın baş verib.

“Report”un FOX TV-yə istinadən məlumatına görə, idman obyekti damı təmizləyən maşında yanğın başlayandan sonra alovlanıb. Yanğınsöndürənlər yanğını qısa müddətdə söndürüblər.

Hadisədən sonra bir nəfər yüngül yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Dəymiş ziyanın miqdarı hələlik bəlli deyil.

Qeyd edək ki, arena 70 mindən çox azarkeş tutumuna malikdir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button