İDMAN
Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Bosniya və Herseqovina Premyer Liqasında X turun “Veleş” – “Borats” oyununda insident baş verib.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, 82-ci dəqiqədə – qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. “Veleş”in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş “Borats”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.


KAİM.az