Top.Mail.Ru
İDMAN

UEFA dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı bəyanat yayıb

UEFA FIFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi təklifi ilə bağlı bəyanat yayıb.

“Report”un məlumatına görə, Avropa futbol qurumu bu ideyanın kiyafət qədər təhlükəli olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, mundialın iki ildən bir təşkili onun əhəmiyyətinin azalmasına, müntəzəm matçların final turnirləri ilə əvəzlənməsi səbəbindən zəif yığmalar üçün idman imkanlarının məhdudlaşmasına səbəb olacaq.

Bundan əlavə, futbolçuların bərpa prosesi keçmək üçün uzunmüddətli fasilə almaq əvəzinə hər il yüksək intensivli yay yarışlarında mübarizə aparmaq məcburiyyətində qalacaqları vurğulanıb: “Bu, ilk baxışdan ciddi narahatlıqlardan yalnız bir neçəsidir. Sıx təqvimin faydaları haqqında əsassız reklam şüarları ilə bu reallığı dəyişmək olmaz”.

“Sentyabrın 14-də UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-dan bu ideyanın təsiri ilə bağlı narahatlığını bildirmək üçün xüsusi görüş təşkil edilməsini istəyib. Ali futbol qurumundan hələ də bununla bağlı cavab gəlməyib”, – bəyanatda bildirilib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button