Top.Mail.Ru
İDMAN

Məmmədyarov Kalsenlə heç-heçə edib, “Vüqar Həşimov” komandası qalib gəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.

“Report”un məlumatına görə, Məmmədyarov yerli “Alkaloid”, Karlsen “Offerspill” komandasının heyətində yer alıb. Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.

Bununla belə, “Alkaloid” 5,5:0,5 hesabı ilə qalib gəlib.

Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası da Fransa “Asnieres”ini eyni hesabla yenib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button