Top.Mail.Ru
İDMAN

“Real Madrid”in futbolçusu XXI əsrin rekorduna imza atıb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

“Report” “OptaJose” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda “Malyorka”nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Benzema 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə verib ki, bu da XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. O, bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, “Real Madrid” 16 xalla turnir cədvəlinə başçılıq edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button