Top.Mail.Ru

İDMAN

Fransa çempionatının oyunundan sonra kütləvi dava olub

Fransanın “Anje” və “Marsel” komandaları arasında Liqa-1-in VII turunda keçirilmiş oyundan sonra azarkeşlər arasında kütləvi dava düşüb.

“Report” “RMC Sport”a istinadən xəbər verir ki, final fitindən sonra “Marsel” fanatları meydana girərək rəqib azarkeşlərə tərəf qaçıblar. Bu zaman iki komanda tərəfdarları arasında kütləvi dava baş verib və stadionun avadanlıqlarına da ziyan dəyib.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Daha əvvəl III turun “Nitsa” – “Marsel” oyunu zamanı qonaq azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button