Top.Mail.Ru

İDMAN

Messi Mbappedən 18 milyon avro çox MAAŞ ALIR

Fransanın PSJ klubunda futbolçuların maaşları bəlli olub.

KAİM.az yerli mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi illik 35 milyon avro qazanır.

Neymarın argentinalı oyunçudan 4 milyon az məvacib aldığını bildirilir. Bundan əlavə, Kilian Mbappenin 17 milyon avro alması diqqət mərkəzinə düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

İspaniya “Real Madrid”indən PSJ-yə keçən Serxio Ramosun illik qazancı isə 12,1 milyon avro olaraq göstərilib. 36 yaşlı müdafiəçidən daha gənc olan Anxel di Mariya, Mauro İkardi, Əşrəf Hakimi və Corcinyo Veynaldumun isə daha az maaş aldığı qeyd olunub. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button