Top.Mail.Ru

İDMAN

Azərbaycan klubu instaqramın köməyi ilə futbolçu alıb

“İnstaqram vasitəsilə Azərbaycanın paytaxtı Bakıdakı “Səbail” klubundan inanılmaz təklif aldım”.

“Report”un məlumatına görə, bu fikirləri “Səbail”in sabiq futbolçusu Ayrton Stati “Regio-voetbal” nəşrinə açıqlamasında deyib.

27 yaşlı kürasaolu müdafiəçi paytaxt təmsilçisində ona xüsusi diqqət ayrıldığını bildirib: “Əvvəlcə gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz oyunçu kimi davranırdılar. Orada həyat yaxşı idi. Pulumu qəpiyinədək ödəyirdilər”.

Loading...
Yazının davamı reklamdan sonra

Stati maaş aldığı günlərdən birini də xatırlayıb: “Məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. “Səbail”də hər şey mənim üçün yaxşı idi”.

Qeyd edək ki, Ayrton Stati 2017/2018 mövsümündə “Səbail”in formasını geyinib. O, hazırda Niderlandda “Kozakken Boys”da çıxış edir.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button