Top.Mail.Ru

İDMAN

ECA FIFA-nın dünya çempionatı ilə bağlı ideyasına qarşı çıxıb

Avropa Klublar Assosiasiyası (ECA) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək planlarından narahatdır.

“Report”un məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ECA qitə futbol qurumunun ideyanı həyata keçirmək üçün apardığı piar kampaniyasını həyəcanla izləyir: “FIFA məqsədini gerçəkləşdirmək üçün beynəlxalq oyun təqvimində islahatlar aparmağa çalışır. Amma qurumun təklifi həm milli, həm də beynəlxalq miqyasda klub futboluna birbaşa və dağıdıcı təsir göstərəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, FIFA-nın qarşıdakı günlərdə dünya çempionatının 2 ildən bir təşkili ilə bağlı müzakirələrə başlayacağı gözlənilir. Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu ideyaya qarşı çıxıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button