Top.Mail.Ru

İDMAN

“Qarabağ”ın rəqibində koronavirusa yoluxma halları AŞKARLANIB

“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan “Kayrat”ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri müsbət çıxıb. Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda “Şaxtyor”u və “Akjayik”lə çempionat oyunlarını, həmçinin İsveçrə “Bazel”i ilə isə Konfrans Liqasının qrup matçını buraxacaqlar.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Kayrat” H qrupundakı ilk görüşündə evdə Kipr “Omoniya”sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın “Bazel”lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə “Kayrat” Bakıya səfər edəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button