Top.Mail.Ru

İDMAN

Ağırlıqqaldırma üzrə Avropa çempionatının yeri və vaxtı AÇIQLANIB

2022-ci ildə keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatının yeri və vaxtı bəlli olub.

“Report” xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti vəzifəsini icra edən Maksim Aqapitov bildirib.

Onun sözlərinə görə, yarış apreldə Bolqarıstanın paytaxtı Sofiyada olacaq. Dəqiq tarixlər daha sonra açıqlanacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, 2021-ci ildəki yarış Rusiyanın paytaxtı Moskvada gerçəkləşib. Azərbaycan təmsilçilərindən Boyanka Kostova (59 kq) qızıl, Dadaş Dadaşbəyli (102 kq) isə bürünc medal qazanıb. Lakin Kostovanın dopinq-testi müsbət nəticə verib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button