Top.Mail.Ru

İDMAN

FIFA afrikalı hücumçunun “Keşlə” ilə bağlı şikayətini TƏMİN EDİB

“Keşlə” və sabiq futbolçusu Aleksandr Kriştovao arasındakı mübahisəli məsələ həllini tapıb.

Bakı klubunun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, FIFA anqolalı hücumçunun şikayətini qismən təmin edib.

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiası ilə ali futbol qurumuna müraciət edən afrikalı forvarda tələb etdiyi məbləğin müəyyən hissəsi ödənilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Aleksandr Kriştovao 2020-ci ilin yanvarında “Keşlə”yə transfer olunub. Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard klubdan FIFA-ya şikayət edib. Paytaxt təmsilçisi də öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub. Daha sonra “Keşlə” hücumçu ilə müqaviləni birtərəfli qaydada pozub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button