Top.Mail.Ru

İDMAN

“Omoniya”nın daha bir futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Kipr “Omoniya”sının daha bir futbolçusu “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun “Qarabağ”la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button