Top.Mail.Ru

İDMAN

Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə mübarizəya başlayıb.

“Report”un məlumatına görə, 73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala yüksəlib. 24 yaşlı cüdoçu finala vəsiqə uğrunda rusiyalı Maxmadbek Maxmadbekovla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) isə ilk görüşünü sentyabrın 26-da keçirəcək. O, 1/8 finalda polşalı Sebastian Oldakla üz-üzə gələcək.

Loading...
Yazının davamı reklamdan sonra


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button