Top.Mail.Ru

İDMAN

“Səbail”in baş məşqçisi: “Bunu faciəyə çevirmək istəmirəm”

“Fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq və qapımızda qollar gördük. Fasilədən əvvəl fərqi azaltdıq və ikinci yarıya müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq”.

“Report”un məlumatına görə, bu fikirləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfrasında deyib.

41 yaşlı mütəxəssis 21 yaşlı Elmir Tağıyevin ilk dəfə meydana çıxdığını xatırladıb: “Bu, bizi sevindirir. Zədədən qayıdan oyunçularımız var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm”.

Loading...
Yazının davamı reklamdan sonra

Hacıyev rəqibin daha yaxşı oynadığı üçün 3 xal qazandığını etiraf edib: “Ancaq ikinci hissədə komandamızın oyunundan razı qaldım. Oyunu gücləndirmək üçün futbolçumuz yox idi. İkinci hücumçunu meydana buraxmaq istəyirəm, amma kimi buraxım?”.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button