Top.Mail.Ru

İDMAN

Fransalı tanınmış futbolçu karyerasını başa vurub

Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri 34 yaşında karyerasını başa vurub.

“Report”un məlumatına görə, bu barədə fransalı yarımmüdafiəçinin özü açıqlama verib. O, ilyarımlıq ədalətsiz dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib. Nəsri bu cəzanın futbola münasibətini dəyişdirdiyini vurğulayıb.

Qeyd edək ki, Samir Nəsrinin son klubu Belçika “Anderlext”i olub. O, əvvəllər Fransanın “Marsel”, İngiltərənin “Arsenal”, “Mançester Siti” və “Vest Hem”, İspaniyanın “Sevilya”, Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib. 2016-cı ilin dekabrında qan köçürməsi vaxtı Nəsrinin orqanizminə qidalandırıcı mikro-element düşüb. Nəticədə futbolçu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub.

Loading...
Yazının davamı reklamdan sonra


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button