Top.Mail.Ru
İDMAN

Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə CƏLB OLUNUB

Uzun müddətdən sonra 3 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.

KAİM.az-ın məlumatına görə, bunlar Kiprin “Etnikos” klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya “Tondela”sından Renat Dadaşov və “Sabah”dan Bəxtiyar Həsənalızadədir.

Onlar İrlandiya və Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarına dəvət alıb.

Həsənalızadə son olaraq 2018-ci, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.

Bundan əlavə, “Sumqayıt”dan Murad Xaçayev, “Qəbələ”dən isə Rövlan Muradov yenidən əsas yığmada debüt şansı əldə ediblər. Hər iki oyunçu daha əvvəl avqustda yoxlama xarakterli təlim-məşq toplanışı üçün dəvət alsa da, sentyabrdakı yekun heyətdən çıxarılıb.

Qeyd edək ki, oktyabrın 9-da Bakıda İrlandiyanı qəbul edəcək Azərbaycan yığması oktyabrın 12-də isə Belqradda Serbiyanın qonağı olacaq. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button