Top.Mail.Ru
İDMAN

“Barselona” klubuna yarım milyard avroyadək yaxın ziyan dəyib

İspaniyanın “Barselona” klubu 2020/2021 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kluba 481 milyon avro məbləğində ziyan dəyib.

Əməliyyat gəliri 828 milyon avro nəzərdə tutulsa da, 631 milyon avro olub. Xərclər 955 milyon avrodan 1,13 milyard avroyadək yüksəlib.

2021/2022 mövsümü üçün gəlirlərin 765 milyon avroya, xərclərin isə 784 milyon avroya enəcəyi gözlənilir. Rəhbərlik növbəti mövsümü 5 milyon avro gəlirlə başa vuracağına ümid edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button