Top.Mail.Ru
İDMAN

Stiven Kenni: “Azərbaycan millisinə erkən qol vurmağa çalışmalıyıq”

“Azərbaycan millisi ilə ev oyununda çoxlu sayda qol epizodundan yararlana bilmədik. Ona görə də Bakıdakı matça ciddi yanaşırıq”.

“Report” xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv son vaxtlar az qol buraxır: “Düzdür, son oyunda Portuqaliya bu komandaya 3:0 hesabı ilə qalib gəldi. Amma Azərbaycan millisi uzun müddətdən sonra ilk dəfə 2-dən artıq top buraxdı. Bu səbəbdən, ilk dəqiqələrdən qol vurmağa çalışmalıyıq”.

Kenni Azərbaycan yığmasının əks-hücumlarda yaxşı oynadığını söyləyib: “Onlar oyuna ciddi hazırlaşacaqlar. Həmçinin əks-hücumda yaxalanmaq təhlükəsi də var. Bu mənada, qol imkanlarımızdan yaxşı yararlanmalıyıq. Bu oyunda əsas məqsədimiz 3 xal qazanmaqdır. Heç-heçələrimizi qələbəyə çevirməliyik”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button