Top.Mail.Ru
İDMAN

Samir Abasov: “Süni örtük futbolçulara problem yaşada bilər”

“Sabahkı oyunda bəzi dəyişikliklərə əl ata bilərik. Bizi ən çox narahat edən amil meydandır. Süni örtük futbolçulara problem yaşada bilər. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “ASCO Arena”da “Səbail”ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur matçı barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, ölkəsinə getdiyi üçün bir müddət komandadan ayrı qalan Harramiz Soares artıq kollektivlə məşq edir və oynamağa hazırdır.

Abasov yeni transferlərdən Xorxe Korreanın da fiziki durumunun yaxşılaşdığını söyləyib: “Ondan başqa, digər yeni transferlərimiz “Neftçi”nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar qəbul edəcəyik”.

Baş məşqçi baxışda olan seneqallı futbolçular – dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: “Onlar gündən-günə xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Həmin futbolçuları milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi? Bizi bu maraqlandırır”.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək “Səbail” – “Neftçi” matçı saat 19:15-də başlayacaq.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button