Top.Mail.Ru
İDMAN

Lionel Messinin qaldığı otel QARƏT OLUNUB

Naməlum şəxslər Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin yaşadığı “La Royal Monceau” hotelini qarət ediblər.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, cinayətkarlar binanın damından enərək içəri daxil olublar. Onlar aregentinalı hücumçunun qaldığı mərtəbənin üzərindəki 4 otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Zərərin on minlərlə avro olduğu ehtimal edilir.

Ailəsi ilə birlikdə hoteldə yaşayan futbolçunun fərdi ev aldığı və tezliklə oraya köçəcəyi bildirilir.

Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button