Top.Mail.Ru
İDMAN

Ayxan Abbasov: “Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”

“Məğlub olmaq çox üzücüdür. Çempionatın bu yerində xal lazım idi. Ruhdan düşməməliyik. Bilirsiniz ki, qarşıda hələ 3 dövrə var. Oyuna istədiyimiz kimi başladıq, amma cüzi diqqətsizlikdən qol buraxdıq. Hər iki komandanın hücumları oldu. İstədiyimiz sonluğu gətirə bilmədik. Bəzi futbolçularımız tam formasında deyil, itkilərimiz var. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

– “Sumqayıt”ın göstərdiyi oyun idimi və Səid Rzadan nə gözləyirsiz?
– Bu sualı heç cür başa düşmədim. Səidi məndən başqa kim bəyənə bilər ki?

– Əsas heyətə buraxdığınız 6 yerli futbolçu milliyə dəvət alıb. Sanki onlar bu oyunda özlərini qoruyurdular ki, zədələnməsinlər?
– Oyunçular mübarizə apardı. Biz digər klublara nisbətən az istirahət etdik. Bu sözümü yozdular, bizi İngiltərə klublarıyla müqayisə etdilər. Bu gün meydanda oyunçuların yorulduğunu gördüm. Hücumların sonunu gətirə bilmədik.

– Son vaxtlar komandada eniş var. Sanki oyunçular geriyə addım atıb.
– Hər dəfə eyni səviyyədə oynamaq olmur. Ötən il 4-5 oyun uda bilmirdik, amma sonradan digər komandalara çatdıq. Futbolda eniş olur. Hər zaman eyni səviyyədə oynamaq olmur.

– Səid İran çempionatı bitəndən sonra bura gəlib. Onun yorğun olduğunu düşünmürsüz?
– Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndən sonra bir az düşüşdə idi, amma sonradan qollar vurdu. Səiddə nəyisə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə, bir şey yoxdur. Futboldur, Səidə ümidimiz çoxdur.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button