Top.Mail.Ru
İDMAN

Ronaldu müdafiəçilərə ən az pressinq edən HÜCUMÇUDUR

İngiltərə Premyer Liqasında rəqib müdafiəçilərə ən çox təzyiq edən hücumçular açıqlanıb.

“Report” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, ilk iki pillədə “Kristal Pelas”dan Uilfrid Zaa və “Brayton”dan Nil Mope qərarlaşıb.

Onlar hər oyunda 20 dəfə rəqib futbolçulara pressinq tətbiq edib.

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldu bu göstəriciyə görə sonuncu sırada yer alıb. 36 yaşlı forvard hər matçda rəqib müdafiəçilərə orta hesabla 2,7 dəfə təzyiq göstərib.

Reytinq tərtib edilərkən bu mövsüm ən azı 270 dəqiqə oynayan hücumçular nəzərə alınıb.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm Premyer Liqada 3 oyuna çıxıb və 3 qol vurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button