Top.Mail.Ru
İDMAN

Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına DÜŞÜB

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, siyahıda Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.

24 yaşlı forvard cari ildə “Qarabağ” və “Legiya”nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 – 48-ci pilləri bölüşdürür. IFFHS-in siyahısında 56 oyunçuya yer verilib.

Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski 50 qolla ilk pillədə qərarlaşıb. “Borussiya” (Dortmund) komandasından Erlinq Holann (41) ikinci, İspaniya “Barselona”sından Fransa PSJ-sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button