Top.Mail.Ru
İDMAN

Ronaldu 200-cü oyununa çıxıb, “Mançester Yunayted” heç-heçə edib

Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura start verilib. 

“Report”un məlumatına görə, turun açılış oyununda “Mançester Yunayted” “Everton”u qəbul edib. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsyal 43-cü dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Andros Taunsend bərabərlik qolunu vurub.  

57-ci dəqiqədə Edinson Kavanin yerinə meydana daxil olan Kriştianu Ronaldu Premyer Liqada 200-cü matçına çıxıb. 

14 xala malik komandalar hələlik turnir cədvəlində 2-3-cü yerləri bölüşdürür. 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button